Qabalda dəhşətli qətlin təfərrüatları: Ora narkomanların…

Qabal kəndində baş verən dəhşətli qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxəb.

Belə ki, 39 yaşlı Mürtəz Rüstamovun yaxınları onun amanszıca qətlə yetirildiyini bildirirlər. Məlumata görə, qəbiristanlıqda meyiti tapılan Mürtəz Rüstəmovun başı və əzaları kəsilmiş vəziyyətdə olub.

Çobanlıq edən mərhum 4 ay əvvəl itkin düşüb. Onun ailə üzvləri polisə müraciət etsələr də, vaxtında reaksiya verilmədiyini bildirirlər. Bir neçə gün əvvəl, yerli sakinlərdən biri telefon və şəxsiyyət vəsiqəsi tapıb, hadisə yerinə gələn mərhum Mürtəz Rüstəmovun atası isə dəhşətli mənzərə ilə qarşılaşıb.

“Neçə aydır axdarırıq, bu kənddə hamı hər şeyi yaxşı bilir, amma demirlər. Burada belə hadisə birinci dəfə deyil ki, baş verir. Həmin yerlər, narkomanların məskənidir, insanlar öldürülür, amma heç kim buna baxmır.” – deyə mərhumun atası bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə isə hadisə ilə əlaqədar istintaq başladılıb, araşdırmalar davam etdirilir.

Bizi WhatsApp – da izləyin.