Marneulidə xarici ölkə vətəndaşından silah sursat aşkarlanıb – VİDEO
Daxili İşlər Nazirliyinin əməkdaşları son dövrdə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində Tbilisi və bölgələrdə qanunsuz odlu silah və döyüş sursatları aşkarlayaraq müsadirə edib. Ümumilikdə 9 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Onu da qeyd edək ki, 1 nəfər Tbilisidə, 4 nəfər Kaxetidə, 2 nəfər Acarada, 1 nəfər Şida Kartlidə və 1 nəfər Kvemo Kartli bölgəsinin Marneuli bələdiyyəsində saxlanılıb.
Marneulidə saxlanılan 2001-ci il təvəllüdlü şəxsin xarici ölkə vətəndaşı olduğu bildirilir. Onu müvəqqəti yaşayış evində axtarış zamanı maddi sübut kimi odlu silah, 10 patron və daraq götürülüb.
Qanunsuz odlu silah və döyüş sursatlarının alınıb-saxlanılması və daşınması faktları ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır.
Bizi WhatsApp – da izləyin.