100 yaşı tamam olan şəxslərə hər il 10 min lari mükafat…

Tbilisidə qeydiyyatda olan 100 və daha yuxarı yaşda olan vətəndaşlar üçün mükafat 10 min lariyə qədər artırılıb.

Bu barədə Tbilisi Meri Kaxa Kaladze bildirib.

Qeyd edib ki, bu günə qədər, Tbilisi meriyası 100 yaşı tamam olan şəxslərə 1000 lari verirdi, bundan sonra isə bu rəqəm 10 dəfə artırılır:

“Bu günə kimi, Tbilisi sakinlərinin 100 yaşı tamam olanda meriya ona min lari məbləğində mükafat verirdi. Qərara gəldik ki, mükafat on dəfə artırılsın və 100 və ya daha çox yaşı olan insanlar üçün 10 min lari təyin edilsin. Ötən il 57 nəfər sözügedən mükafatı alıb, onlardan 23-ü 100, 34-ü isə 101 və daha yuxarı yaşda olub. Mən bu insanlara ilk növbədə can sağlığı, uzun ömür arzulayıram. Mükafatı almaq üçün vətəndaş və ya onun nümayəndələri Tbilisi meriyasının Səhiyyə və Sosial Xidmətinə müraciət etməlidirlər. Ərizəyə 100 yaşına çatmış vətəndaşın şəxsiyyət vəsiqəsi və son bir ildə Tbilisidə daimi qeydiyyatda olması haqqında vətəndaşlıq vəziyyəti aktları orqanından verilmiş məlumat vəsiqəsi əlavə edilməlidir. Sözügedən proqramdan 2025-ci ilə qədər faydalanmış yaşlılar artıq ərizə yazmaq məcburiyyətində qalmayacaq və müavinət birbaşa hesaba daxil ediləcək”, – deyə Kaxa Kaladze bildirib.

Bizi WhatsApp – da izləyin.