Bü üsulla qumar oyunlarından 700.000 lari “qazanan” şəxslər saxlanılıb
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində əvvəlcədən razılaşma əsasında, qrup şəklində, vəzifə səlahiyyətlərindən istifadə etməklə, qanunsuz olaraq əmlak mənimsənilməsi, böyük məbləğdə özgə əmlakının aldadılaraq ələ keçirilməsi və qanunsuz gəlirin leqallaşdırılması faktı üzrə dörd nəfər barəsində cinayət təqibinə başlanılıb.
Bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
Məlumata görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər müxtəlif şəxslərin adından bir onlayn-totalizatorun veb-saytında əvvəlcədən seçilmiş idman oyunlarına mərc ediblər. Oyun başa çatdıqdan sonra cinayətkar qrupun bir üzvü və həmin şirkətin səlahiyyətli şəxsi daxili idarəetmə proqramında oyunun nəticələrini saxtalaşdıraraq uduzmuş biletləri qalib bilet kimi qeyd edib.
Bu yolla təqsirləndirilən şəxslər ümumilikdə totalizatora məxsus təxminən 700 000 lari məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyiblər. Təqsirləndirilən şəxslər qanunsuz əldə edilmiş gəlirlərə qanuni görünüş vermək məqsədilə həmin pulları iqtisadi dövriyyəyə cəlb edərək iki avtomobil alıblar.
İstintaq zamanı həmin avtomobillər, eləcə də qanunsuz yolla əldə edilmiş pulun bir hissəsi – 52 000 ABŞ dolları müsadirə olunub.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 3-cü hissələri, həmçinin 194-cü maddənin 2-ci hissəsi üzrə aparılır. Bu maddələrə əsasən, cəza 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.