“Trading Economics”: 1 dolların dəyərinin 3 larini keçəcəyi gözlənilir

“Trading Economics” müxtəlif ölkələrdə milli valyutanın dollara nisbətdə proqnozu ilə bağlı məlumatları yeniləyib.

26 yanvarın tarixinə olan məlumata əsasən, larinin 2025-ci il ərzində dollar qarşısında ucuzlaşmasının davam edəcəyi gözlənilir.

Belə ki, bu ilin birinci rübündə 1 dolların rəsmi dəyəri 2,8580 həddində, ikinci rübündə isə 2,9069-u keçəcək. Eyni proqnoza görə, ilin ikinci yarısında dolların lariyə nisbətdə möhkəmlənməsi davam edəcək. Xüsusilə üçüncü rübdə 1 dolları 2,9566 lari civarında almaq mümkün olacaq. Proqnoza görə, ilin sonunda, dördüncü rübdə 1 dolların dəyərinin 3,0000 larini keçəcəyi gözlənilir.