RƏSMİ: Bu illərdə Gürcüstan əhalisi kəskin azalacaq
Qarşıdakı illərdə Gürcüstan əhalisinin sayı daha da azalacaq.
Bu barədə hökumətin 2025-2027-ci illər üçün iqtisadi islahatlar sənədində qeyd olunub.
Sənədə əsasən, ölkə əhalisinin sayı 2025-ci ildə 3 693 600, 2026-cı ildə 3 691 700, 2027-ci ildə 3 688 900 nəfər olacaq. Ötən 2024-cü ildə isə Gürcüstan əhalisinin sayı 3 694 600 nəfər təşkil edib.
Sənəddə qeyd olunur ki, 2026 və 2027-ci illərdə Gürcüstan əhalisinin sayı 0,1% azalacaq.
Bizi WhatsApp – da izləyin.