Bu şəxslər artıq Avropaya vizasız gedə bilməyəcək

Avropa İttifaqı Şurası bu gün Aİ və Gürcüstan arasında viza rejiminin sadələşdirilməsi barədə sazişin bəzi hissələrini dayandırmaq barədə qərar qəbul edib.

RealNews.ge yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, viza sadələşdirilməsi sazişi aşağıda qeyd edilən şəxslər üçün dayandırılacaq:

  • Aİ ölkəsində hökumətlərarası təşkilatlar tərəfindən keçirilən rəsmi görüşlərdə və digər tədbirlərdə iştirak edən Gürcüstanın rəsmi nümayəndə heyətinin üzvləri;
  • Gürcüstanın milli və regional hökumət və parlament üzvləri, Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin üzvləri;
  • Diplomatik pasport sahibləri.

Adi pasport sahibi olan Gürcüstan vətəndaşları isə qısamüddətli səfərlər üçün Aİ-yə vizasız səyahət imtiyazından istifadə etməyə davam edəcəklər.

Bizi WhatsApp – da izləyin.