Havanın temperaturu +18 dərəcəyədək yüksələcək – PROQNOZ
29-31 yanvar tarixlərində Gürcüstanda gözlənilən hava şəraiti açıqlanıb.
Belə ki, yaxın günlərdə əsasən yağıntısız hava şəraiti davam edəcək.
Aşağıda bölgələr üzrə hava proqnozunu təqdim edirik:
Tbilisi şəhəri:
Əsasən yağıntısız hava olacaq. Havanın temperaturu gündüz saatlarında +9, +11 dərəcə olacaq.
Batumi, Kobuleti, Anakliya, Poti:
Nisbətən isti və əsasən yağıntısız hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +15, +17 dərəcəyə qədər yüksələcək.
Qərbi Gürcüstanın düzənlik rayonları (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti):
Nisbətən isti və əsasən yağıntısız hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +16, +18 dərəcəyə qədər yüksələcək.
Qərbi Gürcüstanın dağlıq rayonları (Ambrolauri, Oni, Tsageri, Şovi, Chiatura, Saçxere, Xulo, Rikoti aşırımı):
Əsasən yağıntısız hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +9, +11 dərəcə olacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonları (Mestia, Baxmaro):
Əsasən yağıntısız hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +7, +9 dərəcə olacaq.
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tskhinvali:
Əsasən yağıntısız hava olacaq. Havanın temperaturu gündüz saatlarında +9, +11 dərəcə olacaq.
Saqareco, Telavi, Gurcaani, Sığnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro:
Əsasən yağıntısız hava olacaq. Havanın temperaturu gündüz saatlarında +10, +12 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq rayonları (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri):
Əsasən yağıntısız hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +7, +9 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonları (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo):
Əsasən yağıntısız hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +4, +6 dərəcə olacaq.
Bizi WhatsApp – da izləyin.