TƏCİLİ! Darvaz kənd sakini itkin düşüb
Bolnisi bələdiyyəsinin Darvaz kənd sakini Əlləz Nəbi oğlu Əhmədov itkin düşüb.
Bu barədə onun yaxınları məlumat veriblər.
Məlumata görə, Əlləz Əhmədov əqli qüsurludur. Sonuncu dəfə o, yanvar ayının 17-də Marneulidə görünüb.
Görən şəxslərdən +995 568 82 09 64 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Bizi WhatsApp – da izləyin.