SON DƏQİQƏ! AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib.

Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı güc tətbiqini, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi müxanizmlərdən istifadəni dayandırmaq, “xarici agentlər” qanununu geri çəkmək tələb edilib.

Onu da bildirək ki, qətnamə 114 lehinə, 13 əleyhinə səs olmaqla qəbul edilib.

Hakim Gürcü Arzusu partiyası qeyd edilən tələbləri aprel ayına qədər yerinə yetirməlidir. Həmin vaxtadək Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri məhdud olacaq.

Bizi WhatsApp – da izləyin.