13 və 14 yaşlı qızlara qarşı əxlaqsız hərəkətlər edən 40 yaşlı kişi saxlanılıb – VİDEO

Xüsusi İstintaq Xidmətinin əməkdaşları 14 yaşlı qıza qarşı əxlaqsız hərəkət etməkdə ittiham olunan 40 yaşlı kişini saxlayıblar.

Bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Bildirilib ki, istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxsin sosial şəbəkələrdə saxta profillərdən istifadə edərək, 13 və 14 yaşlı yeniyetmə qızlarla əlaqə saxlayıb, onlarla müxtəlif adlar altında tanış olub, öz yaşını və şəxsiyyətini gizlədiyi məlum olub. Təqsirləndirilən şəxs yeniyetmələrlə cinsi xarakterli yazışmalar aparıb və onlara pornoqrafik məzmunlu foto və video materiallar göndərib.

Xüsusi İstintaq Xidməti Prokurorluq ilə birgə təxirəsalınmaz istintaq tədbirləri həyata keçirib və sübutların dərhal əldə olunmasını təmin edib. İttiham olunan şəxsin üzərinə baxış, həmçinin onun istifadə etdiyi avtomobilin və yaşayış yerinin yoxlanılması həyata keçirilib. Sübut kimi onun mobil telefonları və digər elektron məlumat daşıyıcıları götürülüb.

İstintaq zamanı əldə olunmuş materialların araşdırılması nəticəsində təqsirləndirilən şəxsin telefonunda onlarla saxta ‘Facebook’ və ‘Instagram’ profilləri aşkarlanıb. O, bu profillər vasitəsilə yüzlərlə şəxslə, o cümlədən yeniyetmələrlə ünsiyyət qurub.

Bundan əlavə, onun telefonunda pornoqrafik və şəxsi həyatla bağlı foto və video materiallar aşkar edilib.  Faktla bağlı istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxsi 5 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizi WhatsApp – da izləyin.