3 “qanuni oğru” və “oğru dünyası” ilə əlaqəli onlarla şəxs həbs edildi – VİDEO

Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları Baş Prokurorluqla birgə həyata keçirdikləri kompleks operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, məhkəmə qərarı əsasında Tbilisidə, İmereti və Sameqrelo bölgələrində 26 nəfəri həbs edib, 4 nəfərə isə qiyabi ittiham irəli sürülüb. Onlardan 3-ü “qanuni oğru”dur.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanları bir neçə ay ərzində məhkəmə qərarı əsasında həyata keçirdikləri gizli istintaq tədbirləri nəticəsində müəyyən ediblər ki, həbs olunan “qanuni oğru dünyası” üzvləri və onların dəstəkçiləri vətəndaşlar arasında maliyyə mübahisələrinin həllinə qarışıblar. İttiham olunan şəxslər şəxsi mənfəət əldə etmək məqsədilə xaricdəki “qanuni oğrular”la əlaqə saxlayır və “qanuni oğru yığıncaqları” təşkil edirdilər.

İstintaqın əldə etdiyi məlumatlara görə, şübhəlilər “qanuni oğru” ənənələrinə uyğun qərarlar qəbul edərək bir tərəfə digərinin, həmçinin öz xeyirlərinə pul ödəməyi məcbur edirdilər.

Polis tərəfindən təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərində axtarışlar zamanı kompüter avadanlıqları və mobil telefonlar götürülüb ki, bunların vasitəsilə onlar bir-biri və xaricdəki “qanuni oğrular”la əlaqə saxlayırdılar. Bundan əlavə, atıcılıq silahları, daraqlar, güllələr və narkotik maddə olan “marixuana” da aşkar edilərək sübut kimi götürülüb.

“Qanuni oğru”luq, “qanuni oğru dünyasına” üzvlük, “qanuni oğruya müraciət”, “qanuni oğru dünyasının” fəaliyyətinə dəstək, “qanuni oğru yığıncağında iştirak” və atıcılıq silahlarının qanunsuz əldə edilməsi və saxlanması faktları üzrə istintaq Cinayət Məcəlləsinin 223-cü prima maddəsinin 1-ci və 2-ci hissələri, 223-cü maddəsinin 2-ci hissəsi, 223-cü maddəsi, 223-cü maddəsinin birinci hissəsi və 236-cı maddəsi ilə davam etdirilir.

Bizi WhatsApp – da izləyin.