“Taliban”dan BMT işçilərinə qadağa: Saqqalını qırxan həbs ediləcək
“Taliban” BMT-nin Əfqanıstandakı əməkdaşlarından saqqal saxlamağı tələb edib.
RealNews.ge xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Əxlaq və Fəzilət Nazirliyinin nümayəndələri BMT-nin Əfqanıstandakı əməkdaşlarına xəbərdarlıq ediblər ki, saqqalını qırxan şəxslər həbs ediləcək.
Qeyd edək ki, bu “Taliban”ın ölkələrindəki BMT nümayəndələrinə qarşı ilk qadağası deyil. Belə ki, 2023-cü ilin aprelində qadınların təşkilatda işləməsini qadağan ediblər.