Yanğın nəticəsində 80 yaşlı kişi dünyasını dəyişib
Zuqdididə yanğın nəticəsində 80 yaşlı kişi dünyasını dəyişib.
Belə ki, yanğın Borjomi küçəsində yerləşən evlərdən birində baş verib.
Kişi evdə tək olub və ehtimal olunur ki, həmin vaxt yatdığı üçün çölə çıxa bilməyib. Onu alovlanan evdən qonşular da çıxara bilməyib.
Mərhumun cəsədi ekspertizaya aparılıb. Yanğın lokallaşdırılıb.
Bizi WhatsApp – da izləyin.