Patrul Polisi Departamentinin avtomobilləri yenilənib – FOTO

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin avtomobilləri yenilənib.

Belə ki, “Şkoda” markalı 100 yeni avtomobil Tbilisi Patrul Polis Baş İdarəsinə təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Müasir standartlara uyğun nəqliyyat vasitələrinə Patrul Polisi Departamentinin direktoru Vaja Siradze, onun müavini Serqi Bzişvili, Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin rəisi Laşa Coxadze və digər rəhbər şəxslər baxış keçirərək onların texniki xüsusiyyətləri ilə tanış olublar.

“Daxili İşlər Nazirliyi polis fəaliyyətinin səmərəliliyini artırmaq və polis əməkdaşları üçün daha yaxşı, rahat iş şəraiti yaratmaq məqsədilə müxtəlif bölmələrin, o cümlədən Patrul Polisi Departamentinin avtoparkını müasir polis nəqliyyat vasitələri ilə mütəmadi olaraq yeniləyir.

Polis infrastrukturunun yenilənməsi prosesi gələcəkdə də aktiv şəkildə davam etdiriləcək.” – deyə məlumatda bildirilib.

Bizi WhatsApp – da izləyin.