Tbilisidə vaqonda yanğın baş verib

Tbilisidə Samqori ərazisində istifadəsiz köhnə vaqonların birində yanğın baş verib.

Fövqəladə Halların İdarəolunması Xidmətindən verilən məlumata əsasən, hazırda yanğın söndürülüb.

Məlumara görə, yanğın nəticəsində heç kim xəsarət almayıb.

Yanğının səbəbi hələlik məlum deyil.