TƏCİLİ: Gürcü Arzusu bəyanat yayır

“Gürcü Arzusu” partiyasının siyasi şurası bəyanat yayıb.

Avropa Parlamentinin bu gün qəbul etdiyi qətnaməyə cavab olaraq yayılan bəyanatda bildirilir:

“Hələ 2023-cü il martın 26-da Amerika Birləşmiş Ştatlarının gələcək prezidenti Donald Tramp seçicilərlə görüşü zamanı bildirmişdi: “Bu, həlledici döyüşdür. Ya “Dərin Dövlət” Amerikanı məhv edəcək, ya da biz “Dərin Dövləti” məhv etməliyik”.

Prezident seçildikdən sonra Donald Tramp bu həlledici mübarizəyə fəal şəkildə qoşuldu və biz ona “Dərin Dövlət”in məhv edilməsi işində uğurlar arzulayırıq.

Öz növbəmizdə, bu gün qəbul olunmuş qətnaməyə cavab olaraq bildirmək istəyirik ki, ya “Dərin Dövlət” Avropa İttifaqını məhv edəcək, ya da Avropa İttifaqı “Dərin Dövlət”in təsirindən qurtulmaq üçün güc tapacaq.

Biz Trampa “Dərin Dövlət”ə qarşı mübarizədə qalib gəlməyi arzuladığımız kimi, Avropaya da bu zərərli təsirdən qurtulmağı arzulayırıq. Bu mübarizədə biz vətənpərvər avropalıların yanında olacağıq.

Bununla yanaşı, cəmiyyətə Macarıstanın Baş naziri Viktor Orbanın dünənki bəyanatını xatırlatmaq istəyirik: “Avropa institutlarını ciddi qəbul etmək mümkün deyil”.

Bizim fikrimizcə, təəssüf ki, bu gün Avropa Parlamentini ciddi qəbul etmək tamamilə mümkünsüzdür.”

Bizi WhatsApp – da izləyin.