DİQQƏT! Bu qayda pozuntusuna görə daha 1 il müddətinə sürücülük hüququ məhdudlaşdırılacaq

Parlamentdə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi irəli sürülüb və qanunverici orqan tərəfindən sürətləndirilmiş qaydada müzakirə olunur.

Qanun layihəsinə əsasən, bir sıra cərimə sanksiyalarının sərtləşdirilməsi nəzərdə tutulur. Bu dəyişikliklər arasında sərxoş vəziyyətdə avtomobil idarəetmə məsələsi də yer alır.

Qanun layihəsinə görə, sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarəetmə ilə bağlı mövcud pul cəriməsi və inzibati həbs müddəti dəyişməz qalır, lakin sürücülük vəsiqəsinin məhrumetmə müddəti artırılır.

Dəyişikliklərə əsasən, əgər sürücüyə müəyyən üç növ inzibati xəta ilə bağlı cəza tətbiq olunubsa, sürücülük hüququndan məhrum edilibsə və bu məhrumiyyət müddətində yenidən eyni inzibati xətanı törədərsə, sürücülük hüququndan məhrum edilmə müddəti əlavə olaraq bir il uzadılacaq.

Bizi WhatsApp – da izləyin.