Ustad Aşıq Kamandarın ev muzeyi ziyarət olunub – FOTO

Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının idarə heyətinin üzvlərinin görüşü keçirilib.

Bu barədə təşkilatdan bildirilib.

“Marneuli rayonunun Kəpənəkçi kəndində Ustad Aşıq Kamandarın ev muzeyində keçirilən görüşdə təşkilatın sədri Səadət Zeynalqızı eləcə də Qardabani, Marneuli rayonlarından və Tbilisi şəhərindən olan üzvləri iştirak ediblər. Görüş zamanı bir sıra təşkilati məsələlər müzakirə edilib, həyata keçiriləcək layihələr barədə fikir mübadilələri aparılıb. İstedadlı məktəblilərin tanıdılması istiqamətində görüləcək işlərdən danışılıb. Onu da bildirək ki, təşkilatın idarə heyətinin üzvləri Ustad Aşıq Kamandarın ev muzeyini də ziyarət edərək, ustadın xatirəsini yad ediblər. Aşıq Kamandar ev muzeyinin direktoru, ustadın oğlu Əflatun Kamandaroğlu muzeydəki eksponatlar barədə İttifaqın üzvlərinə məlumat verib. Təşkilatın Mədəniyyət şöbəsinin üzvü Lətif Ağaoğlu Ustad Aşıq Kamandara həsr etdiyi şeirini səsləndirib. Sonda xatirə şəkli çəkdirilib.” – deyə məlumatda qeyd edilib.

Bizi WhatsApp – da izləyin.