Marneulidə çay evinin həyətində 2 nəfər bıçaqlanıb
Marneulidə “Good Times” adlı çay evinin həyətində qanlı hadisə baş verib.
Belə ki, axşam saatlarında baş verən qarşıdurma zamanı iki nəfər orta yaşlı kişi bıçaqlanıb. Hadisənin tikinti məsələsi üzərində yaranan mübahisə zamanı baş verdiyi bildirilir.
Əraziyə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başladılıb.
Bizi WhatsApp – da izləyin.