DİQQƏT! Bu şəxslər 5 il sürücülük hüququndan məhrum ediləcək
Parlament narkotik maddələrlə bağlı hərəkətlərə görə məsuliyyəti sərtləşdirməyi planlaşdırır.
Belə ki, bu barədə parlamentdə səkkiz müxtəlif qanuna Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Reketçilik haqqında qanunlara əlavələr edilib. Narkotik vasitələri, onun analoqunu, prekursorunu və ya yeni psixotrop maddəni qanunsuz olaraq hazırlama, istehsal etmə, daşıma və ya başqasına vermək və satmaq, az miqdarda narkotik vasitənin, onun analoqunun və ya prekursorunun həkim resepti olmadan qanunsuz hazırlanmasına, əldə edilməsinə, saxlanmasına, daşınmasına, ötürülməsinə və ya istifadəsinə görə inzibati məsuliyyət sərtləşdirilir.
Bundan əlavə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik ticarəti anlayışları müəyyən ediləcək. Bunun vasitəsilə narkotik alverçisinin ailə üzvü, yaxın qohumu və əlaqəli şəxsin kim ola biləcəyi müəyyən olunacaq.
Layihəyə əsasən, İnzibati Xətalar Məcəlləsinin xüsusi maddələrində nəzərdə tutulmuş hallarda şəxsin nəqliyyat vasitəsini idarə etmə, ictimai xidmətlə məşğul olma, silah hazırlama, alma, saxlama və gəzdirməsi 5 ilədək müddətə məhdudlaşdırılacaq.
Bizi WhatsApp – da izləyin.