SON DƏQİQƏ! Qarayazı qoruğunda yanğın…

Qarayazı Qoruğunun Azərbaycanın Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verib.

Azərbaycan KİV-in yaydığı məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Məlumat üçün bildirək ki, Qarayazı Qoruğu Azərbaycanla Gürcüstan arasında sərhəddə yerləşir. Qoruğun bir hissəsi Qardabani bələdiyyəsinin ərazisindədir.

Bizi WhatsApp – da izləyin.