Dövlət Təhlükəsizlik Xidməti bəyanat yayıb

Rusiyanın işğalçı qüvvələrinin nümayəndələri Qori bələdiyyəsinin Flavismani kəndi yaxınlığında üç Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar. Bu barədə məlumatı Dövlət Təhlükəsizlik Xidməti yayıb.

“Məhbuslardan biri artıq martın 11-də azad edilib və hazırda Gürcüstanın mərkəzi hakimiyyətinin nəzarət etdiyi ərazidədir, lakin iki nəfər hələ də qanunsuz həbsdə saxlanılır.

Hadisə barədə məlumat alındıqdan dərhal sonra Dövlət Təhlükəsizlik Xidməti Avropa İttifaqının müşahidə missiyasının iştirakı ilə fəaliyyət göstərən “qaynar xətti” aktivləşdirib.

Məlumat Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara dərhal çatdırılıb.

Qanunsuz həbs olunmuş Gürcüstan vətəndaşlarının ən qısa zamanda azad edilməsi üçün mövcud bütün mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş ərazilərində və işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvələrin üzərinə düşür”, – deyə Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında bildirilir.

Bizi WhatsApp – da izləyin.