Saakaşviliyə 9 il müddətinə hökm oxundu
Məhkəmə Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvilini külli miqdarda dövlət vəsaitini mənimsəmək ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib.
Qərar bu gün Tbilisi Şəhər Məhkəməsində qəbul edilib. Belə ki, hakim Badri Koçlamazaşvili Saakaşvilinin 9 milyon lari dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib.
İclasda Saakaşvili ilə yanaşı Dövlət Xüsusi Mühafizə Xidmətinin sabiq rəisi Teymuraz Canaşiyaya qarşı iş üzrə irəli sürülmüş ittiham dəyişdirilib və o, 300 min lari cərimələnib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər iclasda iştirak etməyiblər. Hər iki şəxs onlara qarşı irəli sürülən ittihamları qəbul etmir və özlərini günahsız hesab edirlər.
Bizi WhatsApp – da izləyin.