Gürcüstan-Türkiyə sərhədinə gedən yolda yanğın baş verib
Axaltsixe bələdiyyəsinin Naoxrebi kəndi yaxınlığında, Gürcüstan-Türkiyə sərhədinə gedən yolda yanğın baş verib. Bu barədə yerli mətbuat məlumat yayıb.
Od kol və ot örtüyünü bürüyüb. Hadisə yerində iki yanğınsöndürmə-xilasetmə maşını işləyib.
Yanğınsöndürənlər alovu söndürməyə müvəffəq olublar. Hazırda ayrı-ayrı yerlərdə söndürmə işləri aparılır.
Bizi WhatsApp – da izləyin.