Ermənistan-Gürcüstan qarşılaşmasını izləməyə gedən gürcülərin başına iş gəlib
Ermənistan-Gürcüstan qarşılaşmasını izləmək üçün Ermənistana gedən Gürcüstan vətəndaşları xoşagəlməz hadisə ilə qaşılaşıblar.
Belə ki, gürcülərə məxsus avtomobillərin dövlət nömrə nişanları oğurlayan ermənilər, qarşılığında pul tələb ediblər.
Zərərçəkənlər polisə müraciət etsələr də, onların məsələni araşdırmadıqlarını bildiriblər. Hadisənin necə nəticələndiyi və ya neçə nəfərin bu cür soyğunçuluğun qurbanı olduğu barədə isə hələ ki, heç bir rəsmi məlumat açıqlanmayıb.
Xatırladaq ki, millilərin qarşılaşması 3:0 hesabı ilə Gürcüstanın qələbəsi ilə başa çatıb.
Bizi WhatsApp – da izləyin.