“Ölüdü ölü, diridi dirisi tapılsın!” 21 yaşlı Aytacın ailəsi fəryad edir – VİDEOREPORTAJ
Aprel ayının 1-də Tbilisidə rəfiqəsinin doğum gününə gedən Aytac Məmmədova oradan ayrıldıqdan sonra anasına səsli mesaj göndərir və bundan sonra onunla əlaqə tamamilə kəsilib. Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Aytacın axtarışları həm Kür çayında həm də Tbilisi və ətraf yerlərdə davam etdirilsə də 40 gündən çoxdur ki, ondan xəbər alınmayıb.
Bizi WhatsApp – da izləyin.