SON DƏQİQƏ! Kür çayına düşmüş şəxslərin tapılması üçün suyun səviyyəsi azaldılacaq

Tbilisidə, Kür çayının sol sahilində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində içərisində bir neçə sərnişin olan avtomobil çaya düşüb.

Bu barədə Daxili İşlər Nazirliyi bəyanat yayıb.

“Daxil olmuş məlumat əsasında, yanğınsöndürən-xilasedicilər dərhal axtarış-xilasetmə tədbirlərinə başlayıblar və nəticədə bir nəfərin sudan sağ çıxarılması mümkün olub. Hazırda avtomobildə olan digər sərnişinlərin tapılması üçün fasiləsiz rejimdə axtarış-xilasedici tədbirlər davam etdirilir. Bu işlərə yanğınsöndürən-xilasedicilərlə yanaşı, dalğıclar qrupu, su vasitələri və su üzərində xilasetmə üçün xüsusi texnika cəlb olunub.

İctimaiyyətə bildirmək istəyirik ki, Kür çayında aparılan xilasetmə tədbirləri çərçivəsində çayın məcrasında suyun səviyyəsinin təbii həddə qədər azaldılması planlaşdırılır ki, bu da suyun axın rejiminin dəyişməsi ilə əlaqəlidir. Əhalidən xahiş edirik, ehtiyatlı olun və Ortacala SES-in aşağı biefində çay məcrasına yaxın ərazilərdə hərəkətdən çəkinin.” – deyə bəyanatda bildirilib.

Bizi WhatsApp – da izləyin.