Mixeil Kavelaşvilidən Əliyevlə Paşinyana minnətdarlıq
“Gürcüstan Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatmasında maraqlı olan tərəflərdən biridir”.
Real xəbər verir ki, bunu “İmedi” telekanalının efirində Prezident Mixeil Kavelaşvili deyib.
“Hər iki ölkənin rəhbərliyinə münaqişəni başa çatdırmağa hazırlıq nümayiş etdirdiklərinə görə təşəkkür etmək istəyirəm. Sülh və sabitlik region üçün həlledici əhəmiyyətə malikdir və hər üç ölkə üçün imkanlar yaradır”, – deyə Gürcüstan lideri qeyd edib.
Bizi WhatsApp – da izləyin.