Bakıya uçan təyyarədə sərnişin ölüb – İNFARKT KEÇİRİB

Dünən Surqut-Bakı təyyarəsində halı pisləşən sərnişin vəfat edib.

Məlumata görə, Rusiya vətəndaşı 1969-cu il təvəllüdlü Esmira Məlik qızı Rəhmanova Surqut-Bakı reysini həyata keçirən təyyarə ilə Azərbaycan paytaxtına eniş edərkən ölüb.

Onun infarkt səbəbindən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edilib ki, mərhum onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bizi WhatsApp – da izləyin.