Qardabanidə Müstəqillik Günü yüksək səviyyədə qeyd olunub – FOTO
26 may tarixində Qardabani Mərkəzi Parkında Gürcüstanın Müstəqillik Günü qeyd olunub.
Tədbirdə Gardabani Bələdiyyəsinin meri Davit Kargareteli, Bələdiyyə sədri Mixeil Qedexauri və yerli özünüidarəetmə orqanlarının əməkdaşları iştirak ediblər.
Tədbir çərçivəsində yürüş təşkil edilib, yerli sahibkarların əl işlərindən ibarət sərgi-satışı və uşaqlar üçün əyləncə zonası fəaliyyət göstərib.
Axşam saatlarında xüsusi dəvət olunmuş və yerli folklor, xoreoqrafiya ansambllarının və fərdi ifaçıların iştirakı ilə konsert proqramı keçirilib.
Bizi WhatsApp – da izləyin.