DİQQƏT! Bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Tbilisi–Bakurtsixe–Laqodexi avtomobil yolunun km27–km35 hissəsində yerləşən Saqareco keçid hissəsində asfalt örtüyünün bərpası işlərinin aparılması məqsədilə, 2025-ci il 27 may tarixindən 8 iyun tarixinədək avtomobillər üçün hərəkət zolağı daraldılacaq.

Avtomobil yolunda məhdudiyyətlərin tətbiqi dövründə nəqliyyat vasitələrinin hərəkəti əvvəlcə bir, sonra isə digər hərəkət zolağı ilə mümkün olacaq.

Bizi WhatsApp – da izləyin.