Tbilisidəki teleqüllə və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
28 May -Azərbaycanın Müstəqillik Günü münasibətilə Tbilisi şəhərinin ən hündür parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Televiziya qülləsinin və körpünün işıqlandırılması prosesini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, jurnalistlər, eləcə də şəhərin sakinləri və qonaqları maraqla izləyiblər.
Bizi WhatsApp – da izləyin.