Şəhərlərarası sərnişin daşınmasında dəyişikliklər başlayıb
1 iyun 2025-ci ildən etibarən ölkədə fəaliyyət göstərən bütün avtovağzallar qanunla müəyyən edilmiş tələblərə cavab verməlidirlər. Belə ki, avtovağzalların sertifikatlaşdırılmasına başlanılır.
Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda ölkə üzrə 60-dan çox avtovağzal fəaliyyət göstərir və onlar sertifikat almağa hazırlaşır.
Sertifikat almaq və texniki qaydalara uyğun infrastrukturu təmin etmək tələbi 1 iyun 2025-dən başlayaraq qüvvəyə minib. Amma bu müddət başa çatdıqdan sonra da avtovağzalların sertifikat alma imkanı olacaq.
Bundan əlavə, planlaşdırılır ki, 2025-ci ilin 1 iyun tarixindən 150 km və daha uzaq məsafədə yerləşən şəhərlər arasında sərnişin daşınması yalnız avtobuslarla həyata keçiriləcək.
İlk mərhələdə bu dəyişiklik Tbilisi, Kutaisi, Batumi, Zuqdidi və Telavi kimi böyük şəhərlərə şamil olunacaq.
Bizi WhatsApp – da izləyin.