Marneulidə 20 və 22 yaşlı silahlı şəxslər 7 il müddətinə… – RƏSMİ

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları isti izlərlə həyata keçirilən operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Marneulidə baş vermiş bıçaqlanma faktı ilə bağlı 2 nəfəri – 2003 və 2005-ci il təvəllüdlü iki nəfəri saxlayıblar.

Bu barədə Nazirlikdən məlumat verilib.

2003-cü il təvəllüdlü şəxsə qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmə və odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınması ittihamı irəli sürülüb. 2005-ci il təvəllüdlü şəxs isə odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınması ittihamı ilə saxlanılıb.

Hər iki şəxsi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

İstintaqla müəyyən edilib ki, saxlanılanlardan biri 4 iyun tarixində Marneulidə əvvəllər baş vermiş münaqişə zəminində başlayan qarşıdurma zamanı 1998-ci il təvəllüdlü şəxsə odlu silahdan atəş açaraq xəsarətlər yetirib. Bundan sonra o, digər saxlanılanla birlikdə gizlənməyə cəhd göstərib, lakin hər iki şəxs polis tərəfindən təqsirləndirilən şəxs qismində saxlanılıb. Yaralanan şəxs xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilir.

Hüquq-mühafizə orqanları tərəfindən sübut kimi odlu silahlar götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci və 236-cı maddələri ilə aparılır.

Bizi WhatsApp – da izləyin.