Avtomobil şüşələrinin tündləşdirilməsi, sərxoş halda idarə etmə və yüzlərlə cərimə…
Daxili İşlər nazirinin tapşırığına əsasən, yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi məqsədilə, nəqliyyat vasitəsi sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına qarşı yanaşmalar sərtləşdirilib.
Bu barədə Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə bildirib.
“Xüsusilə, son günlər ərzində ölkə üzrə aşağıdakı sayda yol hərəkəti qayda pozuntusu faktı aşkar olunub:
- Avtomobil şüşələrinin tündləşdirilməsi qaydalarının pozulması – 682 fakt;
- Avtobus üçün nəzərdə tutulmuş zolaqda hərəkət etmə – 4 830 fakt;
- Sərxoş vəziyyətdə avtomobil idarə etmə – 683 fakt;
- Nəqliyyat vasitəsində xüsusi siqnalların qanunsuz istifadəsi – 8 fakt.
Hər bir qayda pozan sürücü barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Polis, hər bir qanun pozuntusu faktı üzrə hüquqi tədbirlər görməyə aktiv şəkildə davam edəcək.
Yol hərəkətində iştirak edən şəxslərə çağırış edirik – qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etsinlər və yol hərəkəti qaydalarını pozmasınlar.
Cəmiyyətə bir daha xatırladırıq ki, polis 24 saatlıq rejimdə cinayətkarlığa qarşı mübarizəni davam etdirir və qanun pozan şəxslərə qarşı bütün müvafiq hüquqi tədbirləri həyata keçirəcək.” – deyə Nazir müavini bildirib.
Bizi WhatsApp – da izləyin.