Milli Ətraf Mühit Agentliyindən əhaliyə xəbərdarlıq
Milli Ətraf Mühit Agentliyi əhaliyə gözlənilən hava şəraiti barədə xəbərdarlıq edir:
“İyulun 5-də gündüz saatlarında Şərqi Gürcüstanda və Qərbi Gürcüstanın dağlıq rayonlarında bəzi yerlərdə fasilələrlə güclü və qısa müddətli yağış, ildırım, küləyin güclənməsi, Şərqi Gürcüstanda isə dolu düşməsi ehtimalı var.
Gözlənilən yağıntılar Gürcüstanın çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda sel və daşqınlara, həmçinin təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel hadisələrinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi – orta)”, – deyə Agentliyin yaydığı məlumatda qeyd edilib.
Bizi WhatsApp – da izləyin.