Minik avtomobili piyadanı vurub, aptekə çırpıldı – YARALI ŞƏXSİN VƏZİYYƏTİ…
Rustavidə, Todria küçəsində minik avtomobili əvvəlcə 30 yaşlı şəxsi vurub, sonra aptekə çırpılıb.
Yaralı oğlan təcili tibbi yardım briqadası tərəfindən klinikaya aparılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma başlanıb.
Bizi WhatsApp – da izləyin.