100-ə yaxın dondurma nümunəsi tədqiq olunub – RƏSMİ
Qida Təhlükəsizliyi Agentliyi yay aylarında artan tələbatı nəzərə alaraq dondurma istehsalı və satışı ilə məşğul olan obyektləri fəal şəkildə yoxlayır.
Bu barədə məlumatı Qida Təhlükəsizliyi Agentliyi yayıb.
Yoxlanışlar çərçivəsində istehsal, satış və saxlama şəraiti, sanitariya-gigiyena normaları, məhsulun istifadə müddəti və temperatur rejiminə baxış keçirilib.
Eyni zamanda monitorinq proqramı çərçivəsində, salmonella, listeriya və trans yağlar üzrə tədqiqat aparmaq məqsədilə agentliyin inspektorları Gürcüstan üzrə müxtəlif növ yerli və idxal olunmuş dondurma nümunələri götürürlər.
Akkreditə olunmuş laboratoriyada artıq 100-ə yaxın dondurma nümunəsi tədqiq olunub və onların hamısı qanunvericiliklə müəyyən edilmiş normalara uyğundur.
Cari il ərzində daha 60 dondurma nümunəsinin götürülməsi planlaşdırılır.
Bizi WhatsApp – da izləyin.