Batumidə 3 milyonluq uran satışının qarşısı alınıb – VİDEO

Batumidə 3 milyon ABŞ dolları dəyərində radioaktiv uran ələ keçirilib. Belə ki, Əks-Kəşfiyyat Departamenti və Xüsusi Əməliyyatlar Departamentinin əməkdaşları Batumi şəhərində keçirdikləri birgə əməliyyat zamanı radioaktiv kimyəvi element olan uranın qanunsuz dövriyyəsi və satışı faktı üzrə iki nəfəri saxlayıblat. Sxlanılan şəxslərdən biri Gürcüstan, digəri isə əcnəbi olub.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən sözügedən nüvə materialı – radioaktiv uran – alfa və qamma şüalanmasının yüksək dozalarına malikdir və müxtəlif partlayıcı qurğuların hazırlanması, terror aktlarının həyata keçirilməsi və digər kütləvi insan tələfatına səbəb ola biləcək məqsədlər üçün istifadə oluna bilər.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla transmilli cinayət fəaliyyətinin qarşısı alınıb və gələcəkdə baş verə biləcək təhlükəli hadisələrin qarşısının alınmasına nail olunub. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsinin birinci hissəsi üzrə cinayət işi açılıb. Həmin maddə üzrə təqsirli şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizi WhatsApp – da izləyin.