Qardabani, Marneuli, Bolnisi, Rustavi… – PROQNOZ
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, yaxın günlərdə Gürcüstanın bəzi bölgələrində yüksək temperatur fonunda qısa müddətli yağış və şimşək gözlənilir, dağlıq və yüksək dağlıq zonalarda bəzi yerlərdə güclü yağış, dolu və küləyin qısa müddətli güclənməsi mümkündür.
Tbilisi şəhərində gecə saatlarında qısa müddətli yağış, şimşək və küləyin güclənməsi mümkündür. Havanın gündüz temperaturu +36, +38 dərəcə olacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): bəzi yerlərdə qısa müddətli yağış, şimşək və küləyin güclənməsi gözlənilir. Gündüz temperatur +29, +31 dərəcə olacaq.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti): bəzi yerlərdə qısa müddətli yağış, şimşək və küləyin güclənməsi. Gündüz temperatur +32, +34 dərəcə olacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Shovi, Chiatura, Sachkhere, Khulo, Rikoti aşırımı): bəzi yerlərdə qısa müddətli yağış, şimşək və küləyin güclənməsi. Gündüz temperatur +31, +33 dərəcə olacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Bakhmaro): bəzi yerlərdə qısa müddətli yağış, şimşək və küləyin güclənməsi. Gündüz temperatur +27, +32 dərəcə olacaq.
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Gori, Tskhinvali: bəzi yerlərdə qısa müddətli yağış, şimşək və küləyin güclənməsi, bəzi ərazilərdə dolu mümkündür. Gündüz temperatur +36, +38 dərəcə olacaq.
Kaxeti bölgəsində (Saqareco, Telavi, Qurcaani, Siqnaği, Laqodexi, Qvareli, Axmeta, Dedoplistsqaro): bəzi yerlərdə qısa müddətli yağış, şimşək və küləyin güclənməsi, bəzi ərazilərdə dolu mümkündür. Gündüz temperatur +36, +38 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): qısa müddətli yağış, şimşək və küləyin güclənməsi gözlənilir, bəzi yerlərdə dolu mümkündür. Gündüz temperatur +31, +33 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalkə, Bakuriani, Qudauri, Omalo): qısa müddətli yağış, şimşək və küləyin güclənməsi, bəzi yerlərdə dolu mümkündür. Gündüz temperatur +23, +28 dərəcə olacaq.
Bizi WhatsApp – da izləyin.