Mühafizə polisinin əməkdaşı oğurluq ittihamı ilə saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi tərəfindən aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində, oğurluq ittihamı ilə Mühafizə Polisi Departamentinin Aviasiya Təhlükəsizliyi İdarəsinin inspektoru, məhkəmə qərarı əsasında saxlanılıb.
İstintaqla müəyyən edilib ki, 1990-cı il təvəllüdlü M.B. xidməti vəzifəsini yerinə yetirərkən, qanunsuz sahiblənmə məqsədilə vətəndaşa məxsus qızıl əşyanı oğurlayıb.
Cinayət 3 ildən 5 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Oğurluq faktı üzrə istintaq Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə aparılır.
Bizi WhatsApp – da izləyin.