2025-ci ildə sürücülük vəsiqəsi alanların sayı açıqlanıb – STATİSTİKA

Ölkəmizdə 2025-ci ilin ilk altı ayı ərzində ümumilikdə 13 409 nəfər sürücülük vəsiqəsi alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin hesabatında qeyd olunub.

Rəsmi məlumata görə, hazırda Gürcüstanda ümumilikdə 1 674 073 nəfərin sürücülük vəsiqəsi var.

Cari ilin birinci rübündə – yanvar-mart aylarında 6 148 nəfərə sürücülük vəsiqəsi verilib. İkinci rübdə isə bu rəqəm 7 261 nəfər təşkil edib. İlin ilk yarısında 2684 nəfər yetkinlik yaşına çatmamış şəxs sürücülük vəsiqəsi əldə edib. Bu da ümumi göstəricinin təxminən 20%-ni təşkil edir. Digər sözlə, bu il verilmiş hər beş sürücülük vəsiqəsindən biri 18 yaşdan aşağı şəxslərə düşüb.

Belə ki, 2025-ci ilin yanvar-mart aylarında 18 yaşdan aşağı 1364 nəfər sürücülük hüququ qazanıb. Onlardan 16 nəfəri 16 yaşında, 1348 nəfəri isə 17 yaşında olub. Aprel-iyun aylarında isə 1320 nəfər 18 yaşdan aşağı şəxs sürücülük vəsiqəsi alıb – onlardan 28-i 16 yaşında, 1292-si isə 17 yaşında olub.

Bizi WhatsApp – da izləyin.