Bolnisidə 19 yaşlı qızı zorla qaçıran iki qardaş saxlanılıb – VİDEO
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Bolnisi Rayon İdarəsinin əməkdaşları isti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1998-ci il təvəllüdlü B.İ. və 1995-ci il təvəllüdlü K.İ.-ni azadlığın qanunsuz məhdudlaşdırılması faktına görə birgə törədilmiş cinayət ittihamı ilə saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
“İstintaqla müəyyən edilib ki, Bolnisi rayonunda yaşayan B.İ., qardaşı K.İ.-nin köməyi ilə 2006-cı il təvəllüdlü bir qızın iradəsinə zidd olaraq, onu evlənmək məqsədilə zorla qaçıraraq azadlığını məhdudlaşdırıblar. Onlar bu cinayəti qadın və kişi bərabərliyinə dözümsüz yanaşmaları səbəbindən, yəni qızın razılığına əhəmiyyət vermədən törədiblər. Hüquq-mühafizə orqanları hadisə barədə məlumat daxil olan kimi dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün qaçırılmış qızın yerini müəyyən ediblər və B.İ. ilə K.İ.-ni şübhəli şəxs qismində saxlayıblar.
Əvvəlcədən razılaşdırılmış qrup tərəfindən azadlığın qanunsuz məhdudlaşdırılması faktı ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə aparılır” , – deyə Nazirlikdən bildirilib.
Saxlanılan şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bizi WhatsApp – da izləyin.