Qadınlar arasında mübahisə qətllə nəticələnib – 34 yaşlı qadın saxlanılıb

Zuqdididə qadın qadını öldürüb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. Qurumun verdiyi məlumata görə, qətldə ittiham olunan 34 yaşlı qadın saxlanılıb.

“Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo–Zemo Svaneti Polis Departamentinin detektiv (operativ) və istintaq idarələrinin əməkdaşları isti izlərlə birgə keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində qəsdən adam öldürməkdə ittiham olunan – 1991-ci il təvəllüdlü N.X.-ni saxlayıblar.

Cinayət görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 13 avqustunda, Zuqdididə, öz yaşayış evində, qarşılıqlı mübahisə zəminində, soyuq silahdan istifadə edərək 1983-cü il təvəllüdlü N.M.-ə çoxsaylı xəsarətlər yetirib. Aldığı xəsarətlər nəticəsində N.M. hadisə yerindəcə ölüb.

Hüquq-mühafizə orqanları cinayəti törətməkdə ittiham olunan N.X.-i isti izlərlə, hadisədən dərhal sonra saxlayıb. Polis cinayətin törədildiyi aləti – bıçağı maddi sübut kimi götürüb. İstintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır ki, bu da qəsdən adam öldürməni nəzərdə tutur”, – deyə bəyanatda bildirilir.

Yayılan məlumata görə, qətlin ehtimal olunan motivi qısqanclıqdır.

Bizi WhatsApp – da izləyin.