BOLNİSİDƏ DƏHŞƏT: 79 yaşlı şəxs 75 yaşlı həyat yoldaşını öldürüb

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin İstintaq İdarəsinin əməkdaşları, isti izlərlə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, ağırlaşdırıcı hallarda qəsdən adam öldürməkdə ittiham olunan, 1946-cı il təvəllüdlü A.V.-ni saxlayıblar.

Cinayətə görə 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaqla müəyyən edilib ki, Bolnisi rayonunun kəndlərindən birində, öz yaşayış evində, təqsirləndirilən şəxs mübahisə zəminində həyat yoldaşına – 1950-ci il təvəllüdlü E.T.-yə soyuq silahla ölümcül xəsarət yetirib.

Aparılan istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi isti izlərlə saxlayıblar. Polis cinayətin törədilməsində istifadə olunan bıçağı maddi sübut kimi götürüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə aparılır.

Bizi WhatsApp – da izləyin.