Qardabanidə dəhşətli yol qəzası: Piyadaları vurub qaçdı…
Qardabanidə dəhşətli yol qəzası baş verib.
Belə ki, Birlik kəndi yaxınlığında Rustavi-Qardabani mərkəzi yolunda iki nəfər piyadanı vuran minik avtomobilinin sürücüsü avtomobili hadisə yerində saxlayaraq qaçsa da hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər orta yaşlı qadının yerli sakin olduğu bildirilib.
Hazırda yaralılar xəstəxayana yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bizi WhatsApp – da izləyin.