Tbilisidə 35 ildən sonra yenidən tramvay fəaliyyət göstərəcək – RƏSMİ

Gürcüstanın müstəqillik tarixində ilk dəfə olaraq tramvay layihəsi həyata keçiriləcək. Bu gün biz tramvay xəttinin layihəsi və tikinti işlərinin satın alınması ilə bağlı tender elan edirik, – bu barədə Tbilisi meri Kaxa Kaladze bugünkü iclasda bildirib.

Kaladzenin sözlərinə görə, müasir, Avropa standartlarına uyğun tramvay xətti Didi Diğomi yaşayış massivini “Didube” metro stansiyası ilə birləşdirəcək.

“Bundan əvvəl siz bilirsiniz ki, bazar araşdırması ilə bağlı tender elan etmişdik. Artıq bu məsələyə dair tam məlumatımız var – nə edilməlidir, layihə hansı sahədə həyata keçirilməlidir və nəqliyyatın inkişafı istiqamətində daha bir həyati əhəmiyyətli və genişmiqyaslı layihə həyata keçiriləcək. Rahatlıqla deyə bilərik ki, Tbilisiyə 35 ildən sonra yenidən tramvay qayıdır. Şəhərdə ilk dəfə müasir, Avropa standartlarına uyğun tramvay xətti inşa olunacaq ki, bu da Didi Diğomi yaşayış massivini “Didube” metro stansiyası ilə birləşdirəcək. Layihənin məqsədi yeni tramvay xətti vasitəsilə Didi Diğomi yaşayış massivini Tbilisinin müxtəlif rayonları ilə ən qısa zamanda əlaqələndirməkdir”, – deyə Kaxa Kaladze bildirib.

Bizi WhatsApp – da izləyin.