Ümumi qabiliyyət imtahanında ötən illə müqayisədə 572 nəfər az abituriyent iştirak edib – STATİSTİKA

2025-ci ildə keçirilən Vahid Milli İmtahanlar barədə statistik məlumatlar yayımlanıb.

Belə ki, Vahid Milli İmtahanlar Mərkəzindən verilən məlumata görə, cari ildə Azərbaycan dilində keçirilən ümumi qabiliyyət imtahanında 2029 nəfər iştirak edib. Bu da ötən illə müqayisədə 572 nəfər azdır.

İmtahanda keçid balını toplayan tələbələrin sayı isə ötən illərlə müqayisədə təqribən 10% artıb.

Ötən il minimum keçid balını iştirakçıların 67.4%-i, bu il isə 76.79%-i  toplaya bilib.

Bununla da 1558 nəfər uğurlu nəticə əldə edib.

İmtahanlarda orta bal 35.34; toplanmış ən yüksək bal isə 74 olub.

Bizi WhatsApp – da izləyin.