Tələbələrin nəzərinə: Təhsil haqqı ödəmələrinə müraciət bu tarixlərdə…
2024-2025-ci tədris ilinin 2-ci semestr təhsil haqqı ödəmələrinə müraciət 1-10 sentyabr tarixlərində ediləcək.
Bu barədə SOCAR-ın Gürcüstan nümayəndəliyi məlumat yayıb.
“Bildiyiniz kimi, təhsil haqqı ödəməsi almaq istəyən tələbələrin 1-10 sentyabr tarixlərində https://myscholarship.ge/ ” elektron saytı vasitəsilə müraciət etmələri vacibdir. Bildirmək istəyirik ki, müəyyən edilmiş tarixlərdə müraciət etməyən tələbələrin təhsil haqqı ödənilməyəcək.
Qeyd edilən tarixlərdə müraciət etməyi unutmayın.” – deyə məlumatda qeyd edilib.
Bizi WhatsApp – da izləyin.